GBS HAQQINDA

GBS.Market Ticarətin Avtomatlaşdırılması programı haqqında
Hər bir iş adamı işində rahatlığı düşünür və işini buna müvafiq qurur. Ticarət obyektlərinin həcmindən asılı olaraq biz sizin ticarətinizi tam şəkildə avtomatlaşdıra biləcəyik. Kiçik həcmli obyekt sahibləri elə düşünməsinlər ki, proqram təminatı baha, avadanlıq baha olduğuna görə, elə biz hesabatımızı qələm kağızla aparsaq yaxşıdır. Daha uzun uzadı hesabatlara və təftişlərə son qoymağın vaxtı gəlib çatdı. Kiçik və orta həcimli ticarət obyektləri, kafelər üçün nəzərdə tutulan proqramm təminatımız ən müasir səviyyədə xidmət göstərən obyektlərdə tətbiq oluna bilər. Dord səviyəli qiymət cədvəlinə malik endirim kuponları və bir başa kassadan endirim faizi etmək imkanlarına maik proqramla siz işinizi yüksək səviyyədə təşkil edə biləcəksiniz. Biz sizin ticarət obyektinizə uyğun olaraq, ən ucuz proqram təminatı və avadanlıq təklif edirik.

GBS.Market proqramını sifariş et

GBS.MARKET
GBS.MARKET TİCARƏTİN AVTOMATLAŞDIRILMASI
1-ci səbəb2-ci səbəb3-cü səbəb

GƏLİRLƏRİN ARTMASI

Satışın davamiyyətli olması üçün anbarda olan qalığa nəzarət adi qaydada uzun uzadı vaxt və fiziki imkanlar tələb edir.
GBS.Market proqramı satışa və anbara eyni zamanda avtomatik nəzarət edir və siz anbarda azalan malları vaxtında sifariş edirsiniz. Belə olduğu halda lazımı mallar hər zaman sizin satışınızda olur və müştəriləriniz sizdən ayrılmırlar. Sabit satış və artım əldə edirsiniz. Sizin müştəriləriniz belə sabitlikdən razı halda ixtiyari olaraq sizin reklamınızı cəmiyyət arasında etməklə, siz heç bir əlavə xərc çəkmədən yeni müştərilər əldə edirsiniz.

İşi genişləndirmək

Əgər bir marketdə hesabat işçilərin fiziki əməyinə və riyazi savadlarına bağlıdırsa, bu marketlərdə işi böyük səviyyədə genişləndirmək çətinliklərə səbəb olacaq.
GBS Market proqramı sizə, işinizi istədiyiniz səviyyədə aparmaq imkanı yaradır. Proqram Mədaxil və Məxarici tam avtomatik halda hesablayır. Real vaxtda bütün hesabatı monitordan izləmək imkanı olan və qalığına kimi hesablayıb alışı tamamlayan proqramı, alıcılar razılıq və rəğbətlə qarşılayacaqlar. Bütün iş prosesinə siz uzaqdan izləyirsiniz, və bir neçə obyektə eyni zamanda nəzarət edisiniz.

Serverdə bazanın saxlanması

Əksər market hesabat proqramları local(Offline) iş rejiminə malikdir. Yəni proqram uzun müddət yalnız kompüterdaxili iş fəliyyətində olur və fərdi olaraq bazanın nüsxəsi saxlanılır. Göstərilən fərdi iş rejimində bazanı yaddaşda saxlamaq heç də bütün hallarda özünü doğruldmur. Belə olduqda local serverin xətaları zamanı proqram zədələnə və yaddaşda saxlanılan bazada yararsız hala düşə bilər. Bu halda siz köhnə bazanıza qayıtdığınızda hesabatınızın bir hissəsini itirmiş olursunuz. GBS Market Proqramı avtomatik olaraq həm işin əvvəlində, həm də işin sonunda bazanı yaddaşa verir. Biz bu işi daha da kamilləşdirərək bazanı avtomatik olaraq həm localda həm də İnternetdə olan Server kompüterində yaddaşda saxlayırıq. Belə olduqda sizin məlumatlar 2 (iki) qat qorunmuş olur.