GBS Haqqında

Beş səviyyəli qiymət cədvəli, hədiyyə kuponları, birbaşa kassadan endirim etmək və çox səviyyəli işçi hüququna maik proqram.

GBS Market proqramı

GBS.Market mağaza, restoran və kafelərdə ticarətinizi avtomatlaşdırmağa imkan verən rahat proqramdır. İnterfeysi sadə və anlaşılan olduğuna görə quraşdırılmadan dərhal sonra işinizi idarə edə biləcəksiniz. Beş səviyyəli qiymət cədvəli, hədiyyə kuponları və s. imkanlarına malik proqramla siz işinizi yüksək səviyyədə təşkil edə biləcəksiniz.

Sabit satış və artım

Satışın davamiyyətli olması üçün anbarda olan qalığa nəzarət adi qaydada uzun uzadı vaxt və fiziki imkanlar tələb edir.
GBS Market proqramı satışa və anbara eyni zamanda avtomatik nəzarət edir və siz anbarda azalan malları vaxtında sifariş edirsiniz. Belə olduğu halda lazımı mallar hər zaman sizin satışınızda olur və müştəriləriniz sizdən ayrılmırlar. Sabit satış və artım əldə edirsiniz. Sizin müştəriləriniz belə sabitlikdən razı halda ixtiyari olaraq sizin reklamınızı cəmiyyət arasında etməklə, siz heç bir əlavə xərc çəkmədən yeni müştərilər əldə edirsiniz.

İşi genişləndirmək

Əgər bir marketdə hesabat işçilərin fiziki əməyinə və riyazi savadlarına bağlıdırsa, bu marketlərdə işi böyük səviyyədə genişləndirmək çətinliklərə səbəb olacaq.
GBS Market proqramı sizə, işinizi istədiyiniz səviyyədə aparmaq imkanı yaradır. Proqram Mədaxil və Məxarici tam avtomatik halda hesablayır. Real vaxtda bütün hesabatı monitordan izləmək imkanı olan və qalığına kimi hesablayıb alışı tamamlayan proqramı, alıcılar razılıq və rəğbətlə qarşılayacaqlar. Bütün iş prosesinə siz uzaqdan izləyirsiniz, və bir neçə obyektə eyni zamanda nəzarət edisiniz.

Serverdə bazanın saxlanması

Əksər market hesabat proqramları local(Offline) iş rejiminə malikdir. Yəni proqram uzun müddət yalnız kompüterdaxili iş fəliyyətində olur və fərdi olaraq bazanın nüsxəsi saxlanılır. Göstərilən fərdi iş rejimində bazanı yaddaşda saxlamaq heç də bütün hallarda özünü doğruldmur. Belə olduqda local serverin xətaları zamanı proqram zədələnə və yaddaşda saxlanılan bazada yararsız hala düşə bilər. Bu halda siz köhnə bazanıza qayıtdığınızda hesabatınızın bir hissəsini itirmiş olursunuz. GBS Market Proqramı avtomatik olaraq həm işin əvvəlində, həm də işin sonunda bazanı yaddaşa verir. Biz bu işi daha da kamilləşdirərək bazanı avtomatik olaraq həm localda həm də İnternetdə olan Server kompüterində yaddaşda saxlayırıq. Belə olduqda sizin məlumatlar 2 (iki) qat qorunmuş olur.

Tələblərə uyğunlaşmaq

Hər bir iş adamı işində rahatlığı düşünür və işini buna müvafiq qurur.

Biz texniki imkanlarımızın səviyyəsində proqramı sizin işiniziə uyğun qururuq.

Proqramın daimi inkişafı sizin təkliflərin nəzərə alınması ilə həyata keçirilir.

}

Mütəmadi yenilənmələr hər zaman üçün proqramı stabil səviyyədə saxlayır.

Aftandil Market

Aftandil Market

GBS Market proqramı "Aftandil Market" satış sistemi üçün tətbiq olundu. Ərzaq mallarının satışı ilə məşğul olan "Aftandil Market" GBS market proqramı ilə ticarətini avtomatlaşdırdı. GBS Market proqramı ilə satış server və kassa sistemi olaraq iki kompüterdən ibarət...

read more
Nicat İnşaat

Nicat İnşaat

GBS Market Proqramı Nicat İnşaatda GBS Market Proqramı Nicat İnşaatda. Nicat inşaat mallarının satış mərkəzində GBS Market proqramı tətbiq olundu. Üç kompüterdən ibarət olan daxili şəbəkə quruldu. Bu kompüterlər Serverə bağlanaraq iki kassadan ibarət olub GBS Market...

read more